Samiraldo Kamil Zeynallını məhkəməyə verdi
06.03.2020 09:07Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, ötən gün paytaxtda yeni açılan obyektlərdən birinin açılış mərasimində iştirak edən Kamil Zeynallı özü kimi məclisdə iştirak edən stilist Samiraldonu əlinə mikrofon alaraq biabr edib. K.Zeynallı bildirib ki, o, oturduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.
İttihamların təsirindən yeni ayılan stilist Samiraldo idmançı Kamili məhkəməyə verib: “O kimdir ki, məni məclisdən çıxarır, əsəbimdən özümə gələ bilmirəm. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir eləsin. Kamilə buradan səslənirəm, sən buna görə cavab verəcəksən. Özü də qanun qarşısında”
Kamil Zeynallı isə məhkəmə prosesi ilə bağlı hadisələrə cavab verib: “Hara istəyirsə, müraciət etsin. Çıxıb, məhkəmədə ondan üzr istəmərəm. Lap mənə neçə il iş versinlər, həbsxanada yatım. Amma Samirdən üzr istəmərəm”

