Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

UNİSEF: Hələbdə son günlər 100-dək uşaq ölüb

06.03.2020 09:08

Suriyanın Hələb şəhərində gedən şiddətli toqquşmalar zamanı 100-dək uşaq ölüb, 220-dən çoxu yaralanıb.

Об этом сообщает Роспрес

A24.az bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq Fondundan bildiriblər.

“Hələbin şərq hissəsində uşaqlar sanki cəhənnəmdə yaşayır. Onların çəkdikləri əzabı təsvir etmək üçün artıq söz qalmayıb”, UNİSEF-in direktor müavini Castin Forsayt bildirib.

Təşkilatın bəyanatında bildirilir ki, sentyabrın 23-dən etibarən Hələbin şərqində 96 uşaq ölüb, 223-ü yaralanıb. BMT-nin hesablamalarına görə, Hələbin şərq hissəsində 250-275 min sakin yaşayır.