Əhali üçün qızıldan tualet açıldı- FOTO
06.03.2020 09:08Nyu-Yorkun Guggenheim muzeyində qonaqlara maraqlı xidmət təkif olunub.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, muzey italyan rəssam və heykəltaraş Maurizio Kattelanın “Amerika” adlandırdığı 18 karat qızıldan hazırlanmış tualetini istifadəyə verib. Bu qeyri-adi eskponat Guggenheim muzeyinin tualetlərindən birində quraşdırılıb. Muzey rəhbərliyi bu əsəri “cəsarətli və hörmətsiz iş” adlandırıb.
Qızıl tualet muzeydəki ənənəvi unitazın yerinə quraşdırılıb. Tualetə yalnız pul ödəmiş qonaqlar daxil ola istifadə edə biləcəklər.
Guggenheim muzeyindən bildirilib ki, əsər insan cəmiyyətinin qaçılmaz reallıqlarını xatırladır. Əsərin müəllifi Milanda yaşayan Kattelanın sözlərinə görə,o, iqtisadi bərabərsizlikdən ilhamlanaraq bu əsəri yaradıb.
Xatırladaq ki, 55 yaşlı rəssam qalmaqallı əsərləri ilə tanınır. Bunların arasında meteoritin altında qalmış Roma Papası John Paul II əsəri də var.

