Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xameneyi Əhmədinejadın seçkilərə qatılmasına icazə vermir

06.03.2020 09:08

İranın dini lideri Ayətullah Əli Xameneyinin keçmiş prezident Mahmud Ahmedinejada gələn il keçiriləcək prezident seçkilərinə qatılmamasını tövsiyyə etdiyi bildirilib.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, İranın rəsmi IRNA agentliyinin verdiyi xəbərə görə, paytaxt Tehrandakı bir toplantıda çıxış edən Xameneyi Əhmədinejada seçkilərdə iştirak üçün izin vermədiyi ilə bağlı mediada yer alan iddialara toxunub.

Ölkənin maraqlarını göz önünə aldım”

Ad vermədən, sabiq prezidentin mövqeyinə gələrək onunla mövzu haqqında görüşdüyünü ifadə edən Xameneyi, “Mən də o şəxsin və ölkənin maraqlarını nəzərə alaraq iştirak etməmələrini söylədim. Hətta “iştirak etməyin” demədim, İştirakınızın yaxşı olmadığını düşünürəm” ifadələrini işlətdim.

Bundan başqa, Xameneyi ölkənin birlik və bərabərliyinə ehtiyacının olduğunu, sabiq prezident Əhmədinejadın seçkilərə qatılmasının isə ölkədə qütbləşməyə yol açacağını düşündüyünü bildirib.

İran mediasında Xameneyin bəzi mühafizəkarların namizədi Əhmədinejadın gələn ilin may ayında keçiriləcək prezident seçkilərinə qatılmasına icazə vermədiyinə dair iddialar da yer almışdı.