“Xəzər Lənkəran” fəaliyyətini bərpa edir – ŞAD XƏBƏR
06.03.2020 09:08“Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq”
Об этом сообщает Роспрес
“Yayda “Xəzər Lənkaran” klubunun əsas komandası ehtimal var ki, öz fəaliyyətini bərpa etsin”. Bunu İstiPress-ə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib.
Onun sözlərinə görə, komanda bərpa olunsa əvvəlki kimi iddialı komanda olacaq: “Aprel-may aylarında dəqiqləşəcək. Qışdan öncə bu şans 20 faiz idisə, indi bu göstərici 60-a bərabərdi. Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq. 100 faiz dəqiq olan şey varsa, o da klub fəaliyyət göstərəcəyi təqdirdə adını dəyişməyəcək və yenidən “Xəzər Lənkəran” kimi oyunlarını keçirəcək, borclarımız ödəniləcək. Komandamızın Premyer Liqadan, yoxsa 1-ci diviziondan mübarizə başlayacağını isə dəqiq deyə bilmərəm. Deyilənlər baş tutsa, “Xəzər Lənkəran” əvvəlki kimi iddialı komanda olacaq”.

