Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xoşqədəm ərini və uşaqlarını atan qadınla sərt danışdı: “Səni saxlayan kişi…”

06.03.2020 09:08

Bu gün Xəzər TV -nin efrində yayımlanan “Bizə danış” verilişində qalmaqallı məqamlar baş verib. Belə ki, Masallı rayon sakini iki uşağını ataraq gedən həyat yoldaşını axtardığını bildirib. Aparıcı Xoşqədəm Hidayətqızı həmin qadınla əlaqə yaratdıqlarını bildirib. Qadınla telefon danışığı baş tutub. A24.Az xəbər verir ki, qadın uşaqlarını da ərini də istəmədiyini bildirib.

Об этом сообщает Роспрес

Verilişlə telefon əlaqəsi zamanı qadın dəmin kişi ilə anası məcbur etdiyi üçün ailə qurduğunu bildirib. Uşaqlara isə tək başına baxa bilmədiyi üçün atdığını söyləyib.

Qadın verilişin çəkiliş qrupunun onu narahat etdiyini bildirib.

“Bir daha mənə zəng vurmayın. Mən bu məsələ ətrafında danışmaq istəmirəm. Geri qayıtmayacağam. Mən sözümü demişəm.Siz məni narahat edirsiz. Keçmiş ərim mənə deyirdi ki, evdən getsən uşaqları qoy get. Məndə ona görə, atıb getdim. Mən onlara necə baxa bilərdim”.

Xoşqədəm Hidayətqızı qadının bu sözləri qarşısında əsəblərini cilovlaya bilməyib.

“Bəs özünü necə saxlayırsan” sualına qadın mən özümü saxlamıram deməsinə aparıcı “Səni saxlayan kişi uşaqlarına da baxmalı idi”-deyə cavab verib. Sonda kişi qadından aliment tələb edib.

Qeyd edək ki, Günay adlı qadın hazırda İmişlı rayonunda evli olduğunu bildirib.