Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yemək yedikləri yerdə yeznəsinin qulağını kəsdi

06.03.2020 09:08

Bakı sakini yeznəsinin qulağını kəsib.

Об этом сообщает Футляр от виолончели

Saytımızın “report”a istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb.

Belə ki, 59 yaşlı Bayramov Famil Musa oğlu qaynı ilə birlikdə evdə nahar etmək üçün masa arxasına əyləşib. Aralarında yaranan mübahisə zəminində F.Bayramov döyülüb. Daha sonra qaynı onun sağ qulağını kəsib. F.Bayramov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun sağ qulağı həkimlər tərəfindən tikilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparıb.