Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zərdabda arvadını öldürən çobandan ŞOK açıqlama: “Təzə paltarlar geyinib….”- EKSKLÜZİV

06.03.2020 09:09

Zərdab rayonunda ərin arvadını qətlə yetirməsinin təfərrüatları bəlli olub. A24.Az-ın rayon prokurorluğundan əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Об этом сообщает Футляр от виолончели

Bildirdilər ki, Yarməmmədbağı kənd sakini 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu  Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın ona xəyanət etməsindən şübhələndiyi üçün başını kəsib.

“Ailənin üç azyaşlı övladı var, ən böyüyünün də 5 yaşı. Bunlar qeyd edilən kənddə yaşayırlar. Kişi fermada işləyirdi. İstintaqa ilkin ifadəsində həyat yoldaşından şübhələndiyi üçün onu öldürdüyünü dedi. Bildirdi ki, R. Astanova tez-tez təzə paltarlar geyinərək evdən çıxırmış. Ancaq ona həyat yoldaşı kimi yaxınlıq göstərmir, soyuq davranırmış. Aqşin Astanov iddia etdi ki, həyat yoldaşı əxlaqsızlıqla məşğul imiş və buna görə də onu öldürüb. Ancaq istintaqa konkret xəyanət faktını sübut edə bilmədi. Çünki Rüksanə Astanova uzun müddət imiş ki, heç telefon da işlətmirmiş”, -deyə qurumdan bildirdilər.

Prokurorluqdan onu da əlavə etdilər ki, mətbuatda Aqşin Usubovun guya həyat yoldaşını öldürdükdən sonra onu başını kəsərək kənd ərazisində həmin başla dolaşması doğru məlumat deyil. “Bu cəfəngiyatdır. Belə bir fakt olmayıb”.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.