17 yaşlı qıza edilən təcavüz bir ailənin cinayətiylə bitdi
06.03.2020 09:09Manisada elləri və ayaqları bağlı halda kişi meyiti tapılıb. Meyiti tapılan şəxsin 17 yaşlı qızına təcavüz etdiyi üçün öldürlüdüyü təsbit edilib.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 5-də məhəllələrdən birində bir kişi cəsədi tapılıb. Hadisə yerinə gələn polis əlləri və ayaqları arxadan bağlanan meyitin 41 yaşlı Mehmet K-ya aid olduğunu müəyyən edib. Araşdırmanı dərinləşdirən polislər Mehmet K-nın başına və bədəninin müxtəlif yerlərinə sərt alətlə dəfələrlə vurulduğunu aşkarlayıb`. Öldürülən şəxsin mobil telefonuna gələn zənglərin siyahısına baxdıqda polis sonuncu dəfə Mehmet K-nın 37 yaşlı Gül K. ilə danışdığını görüb.
Polis tərəfindən nəzarət altına alınan Gül K. ifadə verərkən günahını etiraf edərək, Mehmet K-nı həyat yoldaşı Ömer K. (42 yaş) ilə birlikdə evində öldürdüklərini və daha sonra qamışlıq bir sahəyə atdıqlarını deyib. Gül K. Mehmet K-nı birinci həyat yoldaşından olan 17 yaşlı qızı D.A-ya təcavüz etdiyi üçün öldürdüklərini də iddia edib. Gül K.-nın verdiyi ifadə əsasında polis Ömer K. ilə qızı D.A.-nə da nəzarət altına alıb.