5 qardaşla evli olan qadın: “Uşağımın atasının kim olduğunu bilmirəm”
06.03.2020 09:09Hindistanın cənubunda Dehradun şəhərində yaşayan 21 yaşlı Rajo Vermanın 5 əri var.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, Verma ailəsinin istəyi ilə öncə 21 yaşlı Guddu ilə evlənib, ancaq daha sonra həyat yoldaşının 4 qardaşı ilə münasibət qurmağa başlayıb. Hazırda bir otaqlı evdə yaşayan ailənin oğlu da var. Rajo Verma “Uşağımın atasının kim olduğunu bilmirəm, amma bunun heç bir əhəmiyyəti yoxdur” – deyə bildirib.
Əri Guddu “Hamımız onunla cinsi münasibətdə oluruq və mən qısqanmıram. Biz xoşbəxt, böyük bir ailəyik” – deyir. Verma bildirib ki, ərlərinə qarşı sevgisi eynidir. 32 yaşlı Bajju “Qardaşlarım kimi mən də onu arvadım olaraq görürəm və cinsi münasibətə girirəm. Bu bizim həyatımızdır. Qəribə olduğunu düşünmürəm” – deyə əlavə edib. Bajju həmçinin bildirib ki, evlərində yataq yoxdur və yerə sərdikləri adyalın üzərində yatırlar: “Hamımız onunla yatmaq üçün sıramızı gözləyirik”.
1.5 yaşında Jay adlı oğlu olan qadın “Bir çox evli qadından daha çox maraq görür və daha çox sevilirəm. Həyatımdan çox məmnunam” deyib.

