Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ABŞ-ın Fidel Kastroya hazırladığı İNANILMAZ SUİ-QƏSD PLANLARI

06.03.2020 09:09

Kubanın ötən il həyatını itirən inqilabçı lideri Fidel Kastroya keçmişdə ABŞ tərəfindən hazırlanmış sui-qəsd planları yenidən gündəmə gəlib.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, bu planlar ABŞ-ın sui-qəsdə qurban gedən 31-ci prezidenti Con F.Kennedinin dövrünə aid sənədlərin açıqlanmasından sonra üzə çıxıb.

Maraqlısı odur ki, Amerikalı agentlər Kastronu aradan qaldırmaq üçün inanılmaz sui-qəsd planları hazırlayırmış. Bunlardan biri dalğıclıq hobbisi olan Kastroya mikrob yoluxdurulmuş bir dalğıc paltarı vermək olub. Göbələk və vərəm bakteriyaları daşıyan dalğıc paltarının Kuba liderinə Karib böhranı zamanı davam edən danışıqlarda bir Amerikalı general tərəfindən hədiyyə olaraq verilməsi planlaşdırılıb.

54 il sonra üzə çıxan sənədlərə görə, Kastronun dalğıclıq sevgisi ilə bağlı başqa bir sui-qəsd planı isə Kuba liderinin suya daldığı bölgədə böyük bir molyuskun içinə partlayıcılar qoymaq olub. Düşünüblər ki, molyusklar Fidel Kastronun diqqətini çəkəcək və o, molyusku götürəndə partlayış baş verəcək. Ancaq Karib hövzəsində Kastronun diqqətini çəkəcək və içinə partlayıcı yerləşdiriləcək qədər böyük molyusk olmadığından sui-qəsd plan baş tutmayıb.

Xatırladaq ki, Kubanın sabiq lideri Fidel Kastro 90 yaşında vəfat edib. Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsa da, Fidel Kastro hakimiyyətdə olduğu müddətdə 10 ABŞ prezidenti dəyişib, müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olub.