Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alan var
06.03.2020 09:10Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 21099” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində bir nəfər sərnişin, rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Ramil Eldar oğlu xəsarət alıb. Ona tibbi yardım göstərilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

