Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Almaniya “Formula-1”in təqvimindən çıxarıldı

06.03.2020 09:10

Beynəlxalq Avtomobil Federasiyasından (FİA) verilən açıqlamada “Formula-1” Dünya Çempionatı 2017 mövsümündə 20 yarışın keçiriləcəyi və Almaniyanın Gran Prinin təqvimindən çıxarıldığı bildirilib.

Об этом сообщает Роспрес

Saytımızın xarici mediaya istinadən verdiyi məlumata görə, Almaniyanın təqvimdən çıxarılması ilə “Formula-1” 2016 Dünya Çempionatında “Mercedes” sürücüsü almaniyalı Nico Rosberq öz ölkəsində yarışmaq imkanını qaçırıb.

Qeyd edək ki, “Formula-1”in 2017-ci ildə keçiriləcək mövsümü yarışları martın 26-sı Avstraliya Gran Prisi ilə başlayacaq və 26 noyabrda Abu Dabi yarışı ilə başa çatacaq.

Saytımız “Formula-1” 2017 Dünya Çempionatının təqvimini təqdim edir:

  • 26 mart Avstraliya Qran Pri
  • 9 aprel Çin Qran Pri
  • 16 aprel Bəhreyn Qran Pri
  • 30 aprel Rusiya Qran Pri
  • 14 may İspaniya Qran Pri
  • 28 may Monako Qran Pri
  • 11 iyun Kanada Qran Pri
  • 25 iyun Azərbaycan Qran Pri
  • 9 iyul Avstriya Qran Pri
  • 16 iyul Böyük Britaniya Qran Pri
  • 30 iyul Macarıstan Qran Pri
  • 27 avqust Belçika Qran Pri
  • 3 sentyabr İtaliya Qran Pri
  • 17 sentyabr Sinqapur Qran Pri
  • 1 oktyabr Malayziya Qran Pri
  • 8 oktyabr Yaponiya Qran Pri
  • 22 oktyabr Amerika Qran Pri
  • 29 oktyabr Meksika Qran Pri
  • 12 noyabr Braziliya Qran Pri
  • 26 noyabr Abu Dabi Qran Pri