Anası azərbaycanlı olan aktrisa Əminə Ərdoğandan üzr istədi
06.03.2020 09:10Türkiyəli aktrisa Selin Şekerci 2016-cı ildə Ərdoğanın xanımı Əminə Ərdoğan haqqında söylədiyi sözlərə görə üzürxahlıq edib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Şekerci tvitterdəki sosial media hesabında paylaşdığı yazıda “Bir neçə il bundan əvvəl etdiyim paylaşım ilə bağlı Hörmətli Əminə Ərdoğan xanıma özümü ifadə etmə şansı gördüm və ondan üzr istədim. Üzürxahlığımı qəbul etdiyi və məni anlayışla qarşıladığı üçün yenə bu məcradan ona təşəkkürümü və hörmətimi çatdırmaq istəyirəm” kimi ifadələr işlədib.
Qeyd edək ki, “Kaçak Gelinlər” serialında sevilən aktrisalardan biri olan Selin Şekerci oynadığı rol ilə İzmir Dövlət Teatrında tamaşaya qoyulan səhnələrdə oynamağa başlayıb.
1988-ci ilin 1 iyun tarixində dünyaya gələn Selin Şekercinin atası ərəb, anası isə azərbaycanlıdır.
Firuzə Alimova / MTM

