Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Android” istifadəçilərinin bank kartları təhlükə altındadır

06.03.2020 09:10

Mütəxəssislər tərəfindən “Google Play” proqramlar mağazasında aşkar edilmiş bir neçə mobil proqram istifadəçilərin smartfonuna zərərverici proqram təminatı yükləyir. Bu haqda “ESET” şirkətinin press-relizində deyilir.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki,  “BankBot” adlı fırıldaqçı proqram təminatının mobil versiyası geniş yayılıb. Bu fırıldaqçı proqram təminatının izləri “Tornado FlashLight”, “Lamp For DarkNess” və “Sea FlashLight” mobil tətbiqləri, həmçinin smartfonun yaddaşının təmizlənməsi üçün alətlərdə aşkar edilib.

Quraşdırmadan sonra proqram qurğudakı tətbiqləri təhlil edir və bank xidmətlərinin aşkar edilməsi zamanı inzibatçı hüquqlarını sorğulayır. Bundan sonra yeniləmə bəhanəsi adı altında gizli rejimdə “BankBot” tətbiqi yüklənir.

Bank proqramını işə salarkən troyan şəxsi kabinetə daxil olmaq üçün loqin və parolu daxil etməkdən ötrü saxta pəncərə əks etdirir. Bundan sonra hakerlər qurbanın bank hesabına müdaxilə edirlər.

Ekspertlər müəyyənləşdiriblər ki, yalnız proqramların naməlum mənbələrdən quraşdırılmasına icazə verildiyi halda zərərverici mobil tətbiqin yüklənməsi baş verir.