Apreldə məğlub olmuş erməni ordusuna daha bir zərbə – Sarkisyan…
06.03.2020 09:10İşğalçı Ermənistan Respublikası prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinə gözlənilməz səfər edib və komanda heyəti ilə müşavirə keçirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumatına görə, Ermənistan prezidentinin rəsmi saytında keçirilən görüşlə bağlı digər təfərrüatlar açıqlanmır və görüşdən fotolar da paylaşılmayıb. Sarkisyanın nazirliyə səfərindən sonra Hərbi Polis İdarəsinin rəhbəri və Raket-Artilleriya Qoşunlarının komandanı istefaya göndərilib.
KİV-lərdə yazılan informasiyalara görə, bu Sarkisyanın orduda apardığı son istefa islahatları deyil. Bildirilir ki, Serj Sarkisyan ordusunu “yenidən qurur”: Əvvəlcə ali rəhbərlik kənarlaşdırılmış – nazir, onun birinci müavini və Baş Qərargah rəisi, indi isə növbə ikinci eşelona çatıb. Bu dəyişikliklər S.Sarkisyanın daxili siyasi planları ilə əlaqələndirilir. Məlumatda həmçinin o da qeyd olunur ki, erməni ordusunun iki əsas problemi – intizam və yeni silahlandırılmanın mənimsənilməsi ilə bağlıdır.

