ATV-dən daha bir tanınmış jurnalist ayrıldı
06.03.2020 09:10Об этом сообщает Руспрес
ATV-nin redaktoru, jurnalist Eldəniz Vəliyev telekanaldakı işindən ayrılıb.
A24.az xəbər verirki, bu haqda özü məlumat verib: “ATV ilə yollarımız ayrıldı. 3 il çalışdığım bu şirkət mənim üçün çox doğma olmuşdu. Amma pis olmadım. Çünki heç bir şeyin daimi olmadığını lap çoxdan anlamışam. Əsas olanı odur ki, vicdanla işlədim, ləyaqətimi hər şeydən və hər kəsdən uca tutdum. Sakit gedirəm, hər zamankı kimi. Yemək yediyim qaba tüpürənlərdən deyiləm. Üzərimdə haqqı olanlardan halallıq, bilməyərəkdən incitdiklərimdən (əyər incitmişəmsə) bağışlanmağımı istəyirəm! Var olun!”

