Avstriyada iki qatar toqquşdu: 15 nəfər xəsarət aldı
06.03.2020 09:10Avstriyada iki qatarın toqquşması nəticəsində azı 15 nəfər xəsarət alıb.
Об этом сообщает Руспрес
A24.Az APA-ya istinadən verdiyi xəbərə görə, insident Kritsendorf yaşayış məntəqəsində qeydə alınıb.
Məlumata əsasən, qəza zamanı iki vaqon aşıb, 15 nəfər yanıq xəsarəti alıb. Hadisə yerinə xilasedicilər və tibb işçiləri cəlb edilib. İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

