Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Avtobuslar yollarda qaldı, sərnişinlər dayanacaqda – QARIN FƏSADLARI

06.03.2020 09:11

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Məlumat üçün bildirir ki, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.

Об этом сообщает Роспрес

Bakı Nəqliyyat Agentliyindən A24.Az-a verilən məlumata görə, qurum mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.

Məlumat üçün onu da qeyd edək ki, Heydər Əliyev prospekti – Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi – Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 20 km/saat endirilib.

Bir daha sürücülərə sükan arxasında ehtiyyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyyə edirik.