Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Axirətə inanmaq lazımdırmı?

06.03.2020 09:11

Lazım olmaqdan da başqa, labüddür. Bu dünya həyatının ruhu da axirətdir. Axirətsiz bir dünya ruhsuz bir cəsəddən başqa nədir ki? Ruhunu itirən bədən necə iylənərsə, axirətini itirən bir dünya həyatı da o cür qoxuyar.

Об этом сообщает Роспрес

Hər şeyin iki qütbü var: görünən və görünməyən, maddi və mənəvi. Qəti olan budur: Bir şeyin görünməyən və mənə- vi olan tərəfi, görünən və maddi olan tərəfindən daha dəyərli, daha təsirli, daha böyük, daha güclü və daha uzunmüddətlidir.

Ruhun bədən qarşısındakı mövqeyi, ağlın əzələ gücü qarşısındakı mövqeyi, elektrikin mə il qarşısındakı mövqeyi, enerjinin maddə qarşısındakı mövqeyi buna nümunədir.

Vəhyə əsaslanan bütün inanc sistemlərində əsas olan axirət həyatıdır. Dünya həyatı müvəqqəti və ötəri bir həzdir (məta). Müvəqqəti olan sabit deyil, kamil deyil və əbədi deyil. Dünya həyatı axirətsiz ruhsuz cəsəd hökmündədir. Hər şeyin bir ruhu var. Axirət də dünyanın ruhudur. Quran axirətsiz bir dünyanı tək başına “oyun və əyləncə” adlandırır. Ancaq axirətlə birlik- də bu dünya həyatı dərin bir məna və məqsəd qazana bilər.

Axirətə imanın mahiyyəti nədir?

  1. Axirətə iman ədalətə imandır: Çünki axirətə inanmaq “hesab günü”nə imandır. “Hesab günü” insanın bütün hal və hərəkətlərinin hesabatını Tanrıya verəcəyi gündür.
  2. Axirətə inanmaq fəal olan vicdanı sakitləşdirir: Ədaləti çaşdıranların etdikləri zülm və haqsızlıqların yanlarına qazanc qalmasını heç bir vicdan qəbul edə bilməz. Yaxşı ilə pisin bir qəbul edilməsi, yaxşının cəzalandırılıb, pisin mükafatlandırıl- ması mənasına gəlir.
  3. Axirətə iman insanın dəyərli varlıq olduğuna inanmaq- dır: Çünki insanı başqa canlılardan fərqləndirən ölümdən sonra başqa həyatın mövcud olmasıdır. Ölüm insan üçün son deməkdirsə, insanla soxulcanın həyatı arasında heç bir fərqin olmadığı mənasına gəlir. Belə olan təqdirdə insanın öz-özünə düşünən: “Haradan gəldim, nəyə görə varam, hara gedirəm?” kimi yaradılış sualları soruşa bilən yeganə varlıq olmasının da bir mənası yoxdur.
  4. Axirətə inanmaq bu həyatın ciddiliyinə inanmaqdır: Çünki bu həyat digər həyatın tarlasıdır. Biçini ciddi qəbul edən, deməli tarlaya da ciddi yanaşır, deməkdir.

Axirətə iman gətirməyin məqsədi nədir?

Axirətə iman Allaha imandan sonra gələn ikinci əsas ünsür- dür. Quran bu iki əsası kifayət qədər birlikdə qeyd edir ki, vəhylə inşa olunan bir ağıl bu ikisindən biri olmadan digərini təkbaşına düşünə bilməz. Bəs, bu niyə belədir?

Çünki axirətə iman olmadan Allaha imanın insan həyatında konkret və tam əvəzi olmur. Mücərrəd Allah inamı insanın gün- dəlik həyatında ancaq axirət inamı ilə birlikdə bir əxlaqa çevrilə bilir. Allaha qarşı məsuliyyət şüuru mənasına gələn təqvanın əsa- sında dayanan da budur.

İnsan Allaha qarşı məsuliyyət daşıyır. İnsanı saf əxlaqlı davra- nışa sövq edən də bu şüurdur. İnsan əgər axirətə inanırsa, “Allah şüuru” onda “əxlaq şüuru”nu formalaşdırır. Çünki məsuliyyət

şüurlu bir seçimdir. Bu seçimin qarşı qütbündə məsuliyyətsizlik dayanır. Bir insanın seçimini məsuliyyətli davranışa uyğun olaraq etməsi üçün mütləq tədbir görülməlidir. Bu tədbir məsuliyyətsiz davranışın cəzalandırılması, məsuliyyətli davranışın mükafatlan- dırılmasıdır. Əgər sanksiya yoxdursa, bir insanın mükafatlandırı- lacaq məsuliyyətli davranışı seçməsinin heç bir səbəbi qalmaz.

Suyu gətirənlə, dolçanı sındıranın eyni tutulduğu bir dünyada heç kim su gətirmək istəməz. Həyatı Allahın qoyduğu qaydalara uyğun olaraq yaşayanla, öz arzu və istəklərinin ardınca gedən eyni ola bilməz:

“Allahın razılığını nəzərə alanla Allahın qəzəbinə düçar olan və sığınacağı yer cəhənnəm olan eyni ola bilərmi?” (“Ali-İmran” surəsi, 3/162).

Mustafa ƏHMƏDOĞLU