AZAL-ın təyyarəsində texniki problem: yolun yarısından geri qayıtdı
06.03.2020 09:11Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmaq üçün qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

