“Azəravtoyol” Bakını yenə iflic etdi
06.03.2020 09:11Bakıya qar yağan kimi analoji problemlər yaranır. Yəni qardan təmizləyənməyən buzlu yollar, tıxaclar, qəzalar və.s… Ötən dəfə olduğu kimi paytaxta qar yağmağa başlayandan yolları qardan təmizləməyə məsul olan “Azəravtoyol” ASC-nin qar təmizləyən, eləcə də yollara qum və duz səpən texnikaları yenə də yollarda görünmür.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Bakının böyük prospektlərindən olan Z.Bünyadovda gecə və səhər saatlarından heç bir texnikanın yolu təmizləmədiyi açıq aydın görünürdü. Oxşar problem N.Nərimanov rayonun Ə.Rəcəbli küçəsində, aeroport yolunda, şəhər sossesində və əksər yollarda da yaşanır.
Aşağıdakı fotolarda da yolların qardan təmizlənmədiyinin bir daha şahidi oluruq.
Qar yağan kimi yolları qardan təmizləyən texnikaların hansı səbəbdən üzə çıxmamısını öyrənmək üçün “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.
Ümid edirik heç bir qəza baş vermədən paytaxt, eləcə də digər qarlı yolları qurumun tabeliyində olan texnikalar təmizləyəcək.
Orxan Aslanlı
FOTOLAR MÜƏLLİFİNDİR….

