Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan investorları ölkəyə necə cəlb edə bilər?

06.03.2020 09:11

Bu yaxınlarda Türkiyə Nazirlər Kabineti ölkəyə investor cəlb etmək üçün Türk Vətəndaşlığı Qanununa yeni əlavələr etdi.  Qanuna görə, ən azı 1.5 milyon dollar dəyərində daşınmaz əmlaka investisiya qoyan hər kəsə Türk vətəndaşlığı veriləcək. Həmin əmlak ən azı 3 il müddətində əldə saxlanmalıdır.

Об этом сообщает Роспрес

Bəs Azərbaycanda necə? Ölkəyə xarici investorları cəlb etmək üçün bu cür addıma gərək varmı?

Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədovun fikrincə, Azərbaycanda belə bir qanunun qəbul edilməsinə hələki ehtiyac yoxdur.

İqtisadi ekspert A24.Az-a açıqlamasında qeyd etdi ki, Azərbaycana investisiya yatıranlar xüsusi yoxlamadan keçirlər. “İnvestisiya adı altında ölkəyə Azərbaycanın siyasi maraqlarına uyğun olmayan şəxslər daxil ola bilər. Bu da ölkədə qarışıqlığın yaranmasına yol aça bilər. Ona görə də investor cəlb etmək mövzusunda çox ehtiyatlı olmaq lazımdır. Bizim özümüzün kifayət qədər valyutamız var”.

Deputat Azərbaycana investor cəlb etməyin başqa yolunu açıqladı. “Azərbaycanda kifayət qədər  insanlar, vəzifəli şəxslər, məmurlar var ki,  onların vəsaitlə problemi yoxdur. Onlar vəsaitlərinin müəyyən hissəsini xaricdə banklarda saxlayırlar.  Biz təklif etmişik ki, həmin şəxslərə toxunulmazlıq hüquqi verilsin və onlar xaricdə pul saxlamaq, xaricə investisiya qoymaq əvəzinə, Azərbaycana sərmaye yatırsın.  Biz öz vətəndaşlarımız üçün şərait yaratmalıyıq, nəinki xarici vətəndaşlar”.

Vüsalə Əlövsətqızı

Bunu da oxu: Azərbaycanda inhisarçılar var ki, 30 min hektar torpaq sahəsinə sahibdirlər – Xalq harda, nə əkir?