Azərbaycan şirkəti Türkiyəyə 18 milyardlıq sərmayə qoyur
06.03.2020 09:11SOCAR Türkiyədə “ikinci Petkim” quracağını açıqlayıb. Azərbaycanın enerji nəhəngi 2020-ci ilə qədər Türkiyəyə 18 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Об этом сообщает Футляр от виолончели
Saytımızın əldə etdiyi məlumata görə, Petkimin sahibi olan SOCAR “ikinci Petkim” üçün hazır olduğunu açıqlayıb. “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev “Petkim yarımadasında petrokimya məhsulları üçün yeni bir sərmayə üzərində işləyirik. Yeni təsis “ikinci Petkim” ola bilər. Sərmayənin tutumu isə hələ tam dəqiq deyil, amma təqribən 3 milyard dollara başa gələcək. Bunun strateji sərmayə çərçivəsində dəyərləndirilməsi üçün hökumətlə görüşlər planlaşdırmışıq. Bu bizə böyük avantaj verəcək”, – deyə yeni layihə haqqında fikirlərini bildirib.
“SOCAR Türkiyə”nin CEO-su Zaur Qəhrəmanov isə “Türkiyənin öz evimiz kimi görürük”. Türkiyəyə 2020-ci ilə qədər 18 milyard dollar sərmayə qoyacaqlarını bildirən Zaur Qəhrəmanov bu günə qədər artıq 11 milyard dolların tamamlandığını qeyd edib.
Qeyd edək ki, 2008-ci ildə 2 milyard 40 milyon dollara Petkimi alan SOCAR ondan sonra hər il 100 milyon dollar sərmayə qoyub. Bu günə qədər sərmayələr 730 milyon dollara gəlib çatıb. Vaqif Əliuyev “Petkimdə bir gün belə olsun sərmayə qoymağı dayandırmadıq. Aldıq, amma daha çox pul qoyduq. Lakin biz hər zaman bu sərmayəni strateji gördük. Biz 9 ildir ki, Türkiyəyə sərmayə qoyuruq. Hazırda pul qazanmırıq, amma gələcəyə sərmayə qoyuruq” deyə bildirib.
Firuzə Alimova

