Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən “təəssüf” çıxdı, ümid qaldı savaşa – ŞƏRH
06.03.2020 09:11Dünən Azərbaycan və Ermənistan XİN rəhbərləri Brüsseldə bir araya gəlib.
Об этом сообщает Футляр от виолончели
Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib.
A24.Az xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları, təmas xəttindəki son vəziyyət müzakirə olunub.
Həmsədrlər nazirlərdən prezidentlərin cari ildə görüşünün keçirilməsinə dair təklifini ölkə başçılarına çatdırmağı xahiş ediblər.
Bəs görüşün nəticələrindən nəyi gözləmək olar?
Politoloq Elçin Mirzəbəyli A24.Az-a açıqlama verərək bildirdi ki, bu görüşlərdən heç nə gözlənilmir.
“Görüşdə irəliləyişin baş verilməsi ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda məlumat verilmir. Görüşlərdə müzakirələrin getdiyi bildirildi. Azərbaycan prezident vurğulayıb ki, Azərbaycan yalnız sənədlərlə bağlı, konkret istiqamətlərdə danışıqlar aparacaq. Ermənistan yenidən danışıqlara qoşulmaq üçün addımlar atacaqsa, o zaman məsuliyyət təkcə Ermənistanın deyil, ATƏT-in rəhbərlərinin üzərinə də düşür”.
Politoloq bildirir ki, görüşdə razılıq əldə olunsaydı, özünü büruzə verərdi. “Danışıqlar prosesində prinsipial razılıq əldə edilməsə, yenidən Ermənistan təxribatlarını davam etdirəcək və prosesin pozulmasına cəhd edəcək”.
Qeyd edək ki, nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar. Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.
Vüsalə Əlövsətqızı

