Azərbaycanda 24 yaşlı gənc arı sancmasından öldü
06.03.2020 09:11Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
Saytımız “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.
Ölümün dəqiq səbəbləri araşdırılır.

