Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq
06.03.2020 09:11Azərbaycanda peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq.
Об этом сообщает Руспрес
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sərəncamla Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinə 2016-2025-ci illərdə peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadr hazırlığının təşkili, qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması tapşırılıb.

