Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda DƏHŞƏTLİ intihar səbəbləri: “Sosial şəbəkələrdə uşaqların beyni yuyulur”

06.03.2020 09:11

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb.

Об этом сообщает Футляр от виолончели

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov “Report”un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ancaq intiharın səbəbləri barədə nazirlik açıqlama verməyib.

Müşahidəçilər hesab edirlər ki, son vaxtlar intihara daha çox maddi və sosial çətinliklər, o cümlədən, kredit borclarını ödəyə bilməmək kimi hallar səbəb olub.

Bu barədə A24.Az-a fikirlərini bildirən psixoloq Elnur Rüstəmov bu qədər intihar faktının olmasının thlükəli bir rəqəm olduğunu diqqətə çatdırıb.

“Kimlərəsə xoş gəlməsə də keçid prosesini keçirik. Qloballaşan dünyada yaşayırıq. İstər insanlar arası münasibətlər istərsə ailə dəyərləri istərsə də fərdin özünün psixoloji durumu ilə bağlı  məsələlərdə çoxlu sayda müdaxilələr var. Məsələ burasındadır ki, bu da insanın psixologiyasına hansısa formada təsir edir. Bu gün bizim konkret problemimiz ifrat informasiya ilə yüklənməyimizdir. Bundan dolayı müəyyən qədər psixoloji gərginlik yaşamağımızdır. Düşünürəm ki, bu periodu keçəndən sonra proses qismən tənzimlənəcək. Çünki biz özümüz yeni yanaşmaların astanasındayıq. Ailə daxili zorakılıq, boşanmaların sayı da həddindən artıq çoxdur. Bütün bunlar da insanlarda depresiya və ümidsizlik sonda intihar hallarına gətirib çıxarır. Hər kəs ifrat informasiyadan özünü uzaq tutmalıdır. İnsanlar zaman- zaman anlayacaqlar ki, fiziki sağlamlıqdan daha vacib psixi sağlamlıqdır və bunun qeydinə qalmağa çalışacaqlar”.

İntihar hallarının azalmayacağını söyləyən psixoloq bu statistika üzərində ciddi araşdırmaların aparılmasına ehtiyac olduğunu bildirib.

“Yetkinlik yaşına çatmamışların və uşaqların intiharı isə ailə daxili münaqişələrdən baş qaldırır. Yeniyetmələrə sosial şəbəkələrdə olan müəyyən qrupların təsiri də böyükdür. Onların beyinləri həmin qruplarda yuyulur.Valideynlər diqqətli olmalıdır. Ailə daxili roblemlər uşaqların yanında həll edilməməlidir. Valideynlər övladlarına dəstək göstərməli və onlara qarşı diqqətli olmalıdırlar”.

Məsələyə münasibət bildirən sosioloq Sənubər Heydərova bunu iqtisadi vəziyyətin çətinləşməsi ilə əlaqələndirib.

“İnsanlar sosial-iqtisadi problemlərə dözümsüzlük göstərməyə başlayıb. Xüsusən aşağı təbəqədə yaşayan insanlar bu yola əl atırlar. İntihar edən insaları araşdırsanız görərsiniz ki, əksəriyyəti aztəminatlı ailələrin nümayəndələridir.  Böyük bir ailə yükü daşıyan , banka borcu  olan insanlar çox vaxt intihar edirlər. İntihar edənlərin çoxusu hər hansı bir idealoji yaxud da məşğulluqla bağlı boşluğa yuvarlanan insanlardır. Digər tərəfdən savad, insanın düşüncə tərzi və fikirlərində olan boşluq da böyük təsir göstərir. Sosial həyatın heç bir tərəfində özünü reallaşdıra bilməyən uşaqlar daha çox intihar edir. İntiharların bəzilərində dini amillərində müəyyən qədər öz təsirləri də var”.

Aynur ƏLƏKBƏROVA