Azərbaycanda göz bankı yaradıla bilər
06.03.2020 09:12Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.
Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələlər öz həllini tapmalıdır:
“Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qişası götürmək olar, amma “Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”.
M.Quliyev əlavə edib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: “Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”.

