Azərbaycanda halal standartlar olacaq – YENİLİK
06.03.2020 09:12Mədəniyyət və Turizm Nazirliyi (MTN) və Azərbaycan Turizm Assosiasiyası birgə otellərdə və turizm mərkəzlərində tətbiq olunacaq halal standartlar hazırlayacaq. A24.Az xəbər verir ki, artıq bununla bağlı müzakirələr aparılır və sabah bu barədə iclas keçiriləcək.
Об этом сообщает Руспрес
Təklifi MTN irəli sürüb. Əsas məqsədlərdən biri də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına gələcək qonaqların bu xidmətlərdən yararlana bilməsidir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, bu standartlar ölkə ərazisində bütün turizm mərkəzlərində tətbiq ediləcək.
Halal standartlar dedikdə qapalı hovuzlardan istifadə, yəni xanımların və kişilərin bu cür ümumi yerlərdən istifadə qaydaları və s daxildir. Bundan başqa restoranlarda spirtli içkilərin və donuz ətindən olan qeyri halal məhsulların verilməməsi də bu qaydalarda əks olunub.
Qeyd edək ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 50 müsəlman ölkəsindən idmançı və turistlər gələcək. M. Ağakərimov yarışa gələcək turistlərin sayı barədə hələ ki, dəqiq rəqəmləri demək mümkün olmadığını bildirib. //fins.az//

