Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda mafiya babası dəmir barmaqlıqlı “konvoy”dan necə qaçdı? – Film kimi hadisənin versiyası

06.03.2020 09:12

Dünən  Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbusların qaçması böyük narahatlıq yaratdı.

Об этом сообщает Роспрес

Səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağaminin qatardan düşürülən zaman qaçması filmlərdə gördüyümüz səhnələri xatırlatdı. “Həbsdən film kimi qaçış” başlığı ilə müzakirələrə səbəb olan bu hadisə haqda müzakirələr 2 gündür davam edir.

Görəsən məhbuslar bu qaçışı necə həyata keçirib? Müxtəlif versiyalar var.

A24.Az xəbər verir ki, Jurnalist Məhəmmədəli Qəribli də bu barədə fikirlərini bölüşüb.

“Başqa təcridxanaya etap olunan 2 məhkumun qaçması olduqca maraqlı və təhlükəli hadisədir. Artıq məlum olub ki, qaçanlardan biri kriminal “razborka” zəminində adam öldürməyə görə təqsirləndirilir və “oğru dünyası”nın adamıdır. “Pobeq” məhkumların qatara mindirilməsi vaxtı baş verib. Məhkumları daşıyan qatara jarqonla “Stalıpin” deyillər. Çox ciddi mühafizə olunur və ordan qaçış həyata keçirmək olduqca çətindir. Çünki dustaqları gətirən avtomobil demək olar ki, qatarın qapısına bitişik saxlanılır, məsafə çox az olur. Ətrafda silahlı mühafizəçilər “koridor” şəkilində düzülür. Məhkum qatardan maşına və ya maşından qatara minib düşmək üçün bir neçə qısa addım atır. Onu da qeyd edək ki, məhkumların etapı ilə məşğul olan “kanvoy”ların əsas pul qazanma mənbəyi məhkumlara qanunsuz görüş verməkdəndir. Belə görüşlər məhkəmələrdə və etap zamanı mümkün olur. Bunun üçün ən “uyğun” yerlərdən biri də məhz dəmiryoludur. Necə deyərlər, gözdən və könüldən uzaq. Mənim ehtimalım budur ki, bu “pobeq” yalnız pul müqabilində etibar edilib verilən görüş şəraitindən baş verə bilər. Təbii ki, bu bir versiyadır, ancaq əlaqədar qurumlar məsələnin bu aspektinə diqqət etməlidir. Çünki vəziyyət elədir ki, “kanvoy”lar yaxşı pulun müqabilində dustaqları daşıyan avtomobili (voronoku) yolun ortasında saxlayıb da görüş verirlər. Azərbaycanda baş verən əksər “pobeq”lər uğursuz olub. İndiki texnoloji imkanlar və nəzarət mexanizminin mümkünlüyü onların tezliklə həbs ediləcəyini inandırıcı edir. Ancaq qaçan adamlar çox təhlükəli cinayətkar olduqları üçün onların yeni qanlı cinayətlər törədə biləcəyi ehtimalı da var”, – deyə M.Qəribli bildirib.

Jurnalist həmçinin belə halların təkrarlanmaması üçün Ədliyyə Nazirliyində nəzarətin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.