Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanı dünyada tanıdan diaspordur, yoxsa gənclər? – Ermənilərin hədəfində olan Əli Hacızadə ilə MÜSAHİBƏ

06.03.2020 09:12

Azərbaycan və Ermənistan arasında gedən informasiya müharibəsində düşmən ölkənin cəld və operativ olmasını həzm edə bilməsək də bu həqiqətdir. Erməni lobbiçiliyi hər zaman dünyada öz sözünü deyib və bizim onlara çatmağımıza hələ çox var.

Об этом сообщает Руспрес

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dəfələrlə açıqlama verdikdə komitənin işini yerə-göyə sığdırmır.  Nədənsə lazım olanda biz bu komitənin o qədər də fəaliyyətini hiss etmədik.

2016-cı ildə Aprel döyüşlərində ermənilər təkcə Ermənistan mətbuatında deyil,  bütün dünyada istədikləri qədər öz xeyirlərinə informasiya yayırdılar. Döyüşlərin ilk günü fransız, ingilis, ispan, hətta Afrikanın ən ucqar nöqtəsində qüvvədə olan dildə analitik məqalələr dərc edildi. Söhbət analizlərdən gedir, qısa xəbərlərdən yox.

XXI əsrdə Dünya adlanan masaya kim daha çox,  daha zövqlə bəzədilmiş yemək çıxarırsa o yeyilir və həzm edilir. Həmin vaxtlar ilk günlərdə Azərbaycan tərəfdən  rus, ara-sıra türk, ingilis dillərindən başqa xəbər yayan olmadı. Halbuki, ermənilər tanınmış siyasətçilərlə birgə analitikalar dərc edirdi. Azərbaycanca xəbər oxumaq azərbaycanlılardan başqa heç kəsə maraqlı deyil.

Hər il diasporaya milyonlarla vəsait ayırırlar.Azərbaycan haqqında xarici dillərdə ara-sıra bir-iki məqalə dərc edib, aksiyalar keçirtməklə iş bitmir. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda diaspordan daha çox iş görən gənclərimiz var.

PR texnologiyaları sahəsində mütəxəssis,  politoloq,  “The Great Middle East” layihəsinin yaradıcısı və rəhbəri Əli Hacızadə Azərbaycanı xarici dillərdə dünyaya tanıdan gənclərdən biridir. Qeyd edim ki, Əli kimi gənclər ermənilərin xüsusi hədəfindədir.

A24.Az olaraq Azərbaycanın xarici təbliğatını elə Əli ilə müzakirə etdik.

Əli üçün Azərbaycanın diaspor fəaliyyətində çatışan cəhətləri demək daha asan oldu.

“Azərbaycanın diaspor fəaliyyətində həm obyektiv,  həm də  subyektiv tərəflərə baxmalıyıq”

Obyektiv tərəf ondan ibarətdir ki, Azərbaycan 1991-ci ildən müstəqilliyini bərpa edib. Bir insan ömrü üçün bu böyük zaman kəsiyidir, fəqət tarix üçün bir göz qırpımıdır. Azərbaycan diasporasının formalaşmasına xeyli vaxt lazımdır. Digər tərəfdən biz diasporamızın üzvlərinin və ya potensial üzvlərinin sosial mövqeyinə və ümumi keyfiyyət göstəricilərinə nəzər yetirməliyik. Azərbaycandan  Rusiyaya əyalətlərdən xırda və orta ticarət üçün köçənlər üstünlük təşkil edir. ABŞ və Avropaya köçənlərin isə böyük hissəsi Azərbaycan cəmiyyətinin intellektual elitasını təşkil edən insanlardı. Təbii ki, bu hər iki qrupdan gözləntilər fərqlidi. Müqayisə edək: ermənilər XIX əsrdən ABŞ və Qərbi Avropa ölkələrində yaşayıb,  o cəmiyyətə inteqrasiya ola biliblərsə (milli köklərini itirmədən), azərbaycanlılar haqda bunu demək çətindi. Bunlar obyektiv tərəflərin yalnız bəziləridir, əslində bu mövzu daha böyük və dərindir.

Subyektiv tərəfə baxsaq, Azərbaycanın diaspora ilə işə cavabdeh dövlət orqanlarının fəaliyyətinin istənilən səviyyədə olmamasını vurğulamaq olar. Bu sahədə siyasət daha effektiv və faydalı ola bilərdi.

  Azərbaycan indiki zamanda Qarabağla bağlı həqiqətlərini dünyaya necə çatdırmalıdır?

-Mən deyərdim “Qarabağ həqiqətləri” yox,  Azərbaycanın baxış bucağını. Əfsuslar olsun ki, yeganə problemimiz Qarabağ deyil. Dünyada bunun bir neçə misalı var. Məsələn Qətər, bu kiçik dövlət “Al jAzeera” televiziyası vasitəsilə  özünün kifayət qədər effektiv təbliğat maşınını qurub. Əsas yayımları ingilis və ərəb dillərindədir. Bundan savayı Qərbdə fəaliyyət göstərən və Qətər hökumətinin qeyri-rəsmi nəzarəti altında olan xəbər saytları şəbəkəsi var. Bu ölkə bir çox beynəlxalq tədbirə ev sahibliyi edir, yardımcı olur və sairə. Digər tərəfdən Rusiya misalı var, Rusiya da Qətərinki kimi effektiv olmasa da, öz təbliğat maşınını qura bilir və fəaliyyət göstərir. Burada ingiliscə “Soft Power” deyilən bir anlayış var (Azərbaycanca- Yumşaq güc), müasir dövrdə dövlətlər, iri transmilli şirkətlər və maliyə qrupları bundan geniş istifadə edir. 1980 – ci illərin sonundan etibarən Azərbaycana qarşı sistematik və hərtərəfli informasiya müharibəsi aparılır. 1991-94 cü illərlə müqayisədə Azərbaycanın təbliğat imkanları xeyli irəli getsə də, yenə də yetərli səviyyədə deyil. Biz məsələnin obyektiv tərəfini də nəzərə almalıyıq, Azərbaycan kasıb və kiçik ölkədir, Azərbaycanın maliyyə imkanları Qətərlə və kadr potensialı da Rusiya ilə müqayisə oluna bilməz. Amma təbii ki, bu “heçnə etməyək kənardan baxaq” anlamına gəlməməlidir. Məsələn, Azərbaycanda təbliğat sahəsində xeyli işlər görülüb, bəzi layihələr var. Çox vaxt yetərsiz maliyyələşdirmə, ya da keyfiyyətsiz idarəetmənin şahidi oluruq. Korrupsiya məsələsi də öz yerində.  Mənim fikrimcə, Azərbaycan şəraitində 20-30 yarımçıq ve qeyri effektiv layihə həyata keçirməkdənsə, 2-3 daha miqyaslı və keyfiyyətli layihə hazırlamaq lazımdır. Müasir dövrdə, İnternet və sosial şəbəkələr bizə təbliğat üçün gözəl imkan verir və əslində təbliğatın qiymətini xeyli ucuzlaşdırır. Bundan da mütləq şəkildə faydalanmaq lazımdır. Bununla bərabər Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi kimi son dərəcə vacib dövlət qurumları öz mətbuat xidmətlərinin işlərini daha effektiv qura bilərlər.

  2 yaşlı Zəhranın ermənilər tərəfdən qətl edilməsini dünyaya çatdıra bildikmi?

-Bilirsiz, dünyada hər gün hərbi münaqişələrdə uşaqlar öldürülür. Məsələn, hər gün Suriyada uşaqlar öldürülür.  Zəhra və nənəsi qətlə yetirilən günlərdə Qərb mediyasının gündəmində Britaniyalı yeni doğulmuş bir oğlan var idi. Uşaq anadan xəstə doğulmuşdu, müalicələr heç bir nəticə vermədiyinə görə, britaniyalı həkimlər onu nəfəs aparatından ayırmaq istəyirdilər, uşağın valideynləri isə buna qarşı çıxırdı. Bu hadisə Britaniya cəmiyyətini iki yerə bölmüşdü, ABŞ prezidenti Donald Tramp uşağın ABŞ-a gətirilib orada müalicə olunmasını təklif etmişdi, Roma Papası isə bu uşaq üçün dua etdiyini açıqlamışdı. Uzaq Azərbaycanda nəyin baş verməsi Qərb mediasını bir o qədər də maraqlandırmır. Bəli,  bizim üçün bu böyük acıdır, amma dünya üçün bu sıradan bir hadisədir. Əgər hadisə Avropa və ABŞ-da baş versəydi, reaksiya fərqli olacaqdı. Ona görə bu məsələdə dünyadan xüsusi bir gözləntilərimiz olmamalıdır. Bəli operativ, doğru və dolğun informasiyanı yaymalıyıq, amma bununla əsla və əsla işimizi bitmiş hesab etməməliyik.

Azərbaycanın dünyada tanıdılmasında diaspor fəaliyyətinin rolunu artırmaq üçün bundan sonra  nələr edilməlidir?

-Bundan öncə buraxılan səhvlər analiz edilməli və səhvlərin təkrar olunmaması üçün tədbirlər görülməlidir. Azərbaycanın bu istiqamətdə konkret strategiyası olmalıdır. Bütün addımlar, onların mümkün pozitiv və neqativ nəticələri ölçülüb-biçilməlidir. Təbii ki, ölkənin maliyyə vəziyyəti də nəzərə alınmalıdır. Bu işlərdə maliyyə və kadrlar məsələsi çox vacibdir. Biz qarşımızda kosmik əlçatmaz məqsədlər qoymamalıyıq,  amma eyni zamanda qısa və uzunmüddətli plan olmalıdır və bu plana əsasən hərəkət edilməlidir.

Vüsalə Əlövsətqızı