Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanın ən çox özbaşınalıq edən bankı – HESABAT

06.03.2020 09:12

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin yanvar ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi banklar ilə bağlı yanvar ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin yanvar ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla  əlaqəli 20709 xəbər yerləşdirilib ki, 13897 xəbərdə konkret bankın adı çəkilib: bunlardan 13840 -ı neytral, 57-si isə mənfi xəbərdir. Mənfi xəbərlər arasında “liderlər”:  Azərbaycan Beynəlxalq Bankı (12 xəbər – bankda daha bir özbaşınalıq), Nikoil Bank (9  xəbər – bank Bakıdakı fəaliyyətini dayandırır: qərar verilə bilər), Kapital Bank (6 xəbər – bankın Bərdə filialında rəzalət: şəhid anasının başına gətirilənlər).

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı  1985 xəbər
2 Kapital Bank  936 xəbər
3 Texnika Bank  691 xəbər
4 Unibank Kommersiya Bankı  667 xəbər
5 Bank of Baku  615 xəbər
6 Bank Respublika  451 xəbər
7 Nikoil Bank  444 xəbər
8 Expressbank  433 xəbər
9 AtaBank  426 xəbər
10 PAŞA Bank  339 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2033 neytral xəbər dərc edilib ki, 542 xəbərdə konkret bankın adı qeyd olunub.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 170 xəbər
2 Kapital Bank 86 xəbər
3 Texnika Bank 39 xəbər
4 Bank of Baku 28 xəbər
5 Bank Respublika 24 xəbər
6 Unibank Kommersiya Bankı 19 xəbər
7 Bank Standard 16 xəbər
8 AtaBank 14 xəbər
9 Atrabank 11 xəbər
10 Bank of Azerbaijan 11 xəbər

Yanvar ayında televiziya kanallarında banklar haqqında 143 xəbər göstərilib – 15 xəbərdə söhbət hansısa bankdan gedib.

Xəbər sayına görə sıralama:

1 Bank of Baku  7 xəbər
2 Azərbaycan Beynəlxalq Bankı  3 xəbər
3 Caspian Development Bank  2 xəbər
4 DekaBank  1 xəbər
5 Parabank  1 xəbər
6 Bank Standard  1 xəbər