Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanın nə qədər qızılı var? – Beynəlxalq Valyuta Fondunun açıqlaması

06.03.2020 09:12

2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. A24.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikada qeyd edilib.

Об этом сообщает Роспрес

Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.

Qeyd edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb.

Statistikaya görə, dünyada qızıl ehtiyatlarının həcminə görə, ABŞ birinci yerdədir. Bu ölkənin 8 133,5 ton qızıl ehtiyatı var ki, bu da ümumi strateji valyuta ehtiyatlarının 74,2%-i deməkdir. İkinci yerdə 3 377,9 tonla Almaniya (68,1%), üçüncü yerdə BVF qərarlaşıb.

Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir.