Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanlı ifaçı Acunu məhkəməyə verir

06.03.2020 09:12

Azərbaycanlı ifaçı Gülşən İbadova “Acun medianı” Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyib.

Об этом сообщает Футляр от виолончели

A24.Az musavat.com-a istinadən xəbər verir ki, ifaçı” O ses Türkiyə”də  iştirakından danışıb. O, bildirib ki, orada iştirak onun üçün də surpriz olub:

“Mənim adımnan dostlarım müraciət etmişdi. Gözlənilmədən iki gün ərzində çağırdılar. İstanbula yola düşdüm. Məni orada çox gözəl qarşıladılar. Hələ çıxışımdan əvvəl mənə deyirdilər ki, ifam böyük ajiotaja səbəb olacaq, çünki mənim ifamla bağlı videomu izləmişdilər. Türkiyə xalqı məni çox sevdi, hətta mənim çoxsaylı pərəstişkarlarım da oldu. Bu, çox sevindirici hal idi ki, “O səs Türkiyə”nin sayəsində təkcə Türkiyə deyil, məni Azərbaycan da tanıdı.

İfaçı qeyd edib ki, ancaq seçildikdən sonra təkcə ona qarşı yox, digər azərbaycanlı iştirakçılara qarşı da haqsızlıqlar olub:

“Onlar bizim çox baxış alan videolarımızı silirdilər. Haqsızlıqdan əlavə təhqirə məruz qaldıq. Çünki fərqli-fərqli tərzdə olan azərbaycanlı iştirakçıları bir qrupa salıb onların yarışmadan uzaqlaşdırılmasına şərait yaratdılar. Biz orda öz sözümüzü dedik, lakin həmin hissələri vermədilər. Düşünürəm ki, haqqımı tələb etməliyəm. Ola bilsin mən təzyiqlərə məruz qalım, amma hər halda “Acun Media” bütün Türkiyə demək deyil. Türklər bizim qardaşımız, dostumuzdur, biz yalnız “Acun media”ya öz etirazımızı bildirmişik”.