Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanlı qadın türklə birləşib saxta pul satarkən yaxalandı

06.03.2020 09:12

Balıkesir Təhlükəsizlik müdirliyi Qaçaqçılıq və Mütəşəkkil cinayətlərlə Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat zamanı 10 min 800 lirə saxta pul ələ keçirilib.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Bandırmada yanacaq doldurma məntəqəsindən benzin dolduran avtomobildən saxta 100 TL-nin verildiyi məlum olub. Aparılan araşdırmalar zamanı şübhəlinin 27 yaşlı C.T. adlı bir gənc olduğu təsbit edilib. Şübhəlinin izinə düşən və evində axtarış aparan polis müxtəlif seriya nömrəsi olan saxta 108 ədəd 100 TL ilə 5 ədəd 200 TL olmaqla toplam 10 min 800 TL aşkarlanıb.

C.T. adlı şəxsin yanındakı Azərbaycan vətəndaşı 24 yaşlı N.A. ilə birlikdə saxta pulları bazara çıxardıqları məlum olub. Hər iki şübhəli yaxalanaraq nəzarət altına alınıb, məhkəmənin qərarından sonra həbsxanaya təslim ediliblər.

Firuzə Alimova / MTM