“”Azəriqaz”ın bu qədər itki verməsinə inanmıram” – EKSPERT
06.03.2020 09:13““Azəriqaz” İstehsalat Birliyinin 2016-cı il ərzində 144,4 milyon kubmetr təbii qazı itkiyə verməsinə inanmıram”.
Об этом сообщает Футляр от виолончели
Bunu A24.Az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz sahəsi üzrə ekspert İlham Şaban mətbuatda “Azəriqaz” İstehsalat Birliyinin 2016-cı il ərzində 144,4 milyon kubmetr təbii qazı itkiyə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, mücərrəd bir rəqəmin ətrafında müzakirə aparmaq özü mücərrəd haldır:
“Mən neçə jurnalistlə danışanda demişəm ki, siz bu rəqəmi özünüz görürsünüz?! Hamısı bir ağızdan mənə deyib ki, “yox görməmişik”. Bu rəqəmi heç mən özüm də görməmişəm. Statistika Komitəsinin saytına baxın, görün onlar bu itkiləri açıqlayır? Əgər açıqlayırsa, ikinci bir şeyə baxın- Bu itkinin həcmi 500 milyon olsa da, cəmiyyət üçün o heç bir şey kəsb etmir. Bu rəqəm cəmiyyət üçün o zaman təəccüb doğurardı ki, onların 2016-cı ildə dövriyyədə nə qədər qaz olduğundan xəbərləri olaydı, hə, bax o vaxt hamı bu məsələ ilə ciddi maraqlanardı. Daha sonra dövriyyədə olan qazla açıqlanan itki müqayisə olunardı. Bundan başqa 2015, 2014, 2013 və digər illərdəki itkilərlə müqayisə olunmalıdır. Ondan sonra fikir yürüdülə bilər ki, əgər həqiqətən o 144,4 milyon kubmetr təbii qaz itkisi varsa, bu, çoxdur, ya azdır və ya ümumiyyətlə bu rəqəm nədir? Mücərrəd bir rəqəmin ətrafında mücərrəd bir müzakirə aparmaq özü bir mücərrəd bir haldır.
Mən şəxsən bilirəm ki, Statistika Komitəsinin saytında enerji balansının illər üzrə itkilərinin hamısı milyon kubmetrinəcən var. Əgər azalırsa, demək bunlar həmin sahəyə qoyulan kapital qoyuluşlarının nəticəsidir. SOCAR-ın da bu sahəyə kapital qoyuluşu 2012-ci ildən başlayıb. Bu, onun əhəmiyyətli nəticəsidir ki, itkilərin sayı bu rəqəmə düşüb. Bu, mətbuatda yazılan 144 milyon kubmetr itki məsələsinə inanmıram. Dövlət Statistika Komitəsi “Azəriqaz” İstehsalat Birliyinin 2015-ci il üçün itkisi ilə bağlı həddən artıq çox böyük bir rəqəm göstərmişdi – 1 milyard 50 milyon 10 kub metr. Hələ də o rəqəm orda var. Açıb baxa bilərsiniz. Ona görə də bu məsələ ilə bağlı hər hansı şərh yazmıram. Kimsə bu rəqəmi ortaya atıb, (144.4 milyon kubmetri) guya nəsə yazıb. Fakt odur ki, belə bir rəqəm yoxdur. Ancaq itkilərin olması ilə bağlı “Azəriqaz”ın şərhi çox normaldır. O göstərir ki, itki nədən yaranıb”, – deyə İ.Şaban əlavə edib.
Xatırladaq ki, ötən gün “Azəriqaz” İB modern.az xəbər saytının sorğusuna cavab olaraq bildirib ki, ““Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan EY (Ernst and Young) tərəfindən araşdırılıb. Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib”.
Rəsmi məlumata görə, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır:
“Bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırki texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır.
2009 və 2010-cu ildən başlayaraq “Azəriqaz” İB-nin qaz təchizatı şəbəkəsində itkilərin azaldılması istiqamətində görülmüş tədbirlər nəticəsində hər il itirilmiş qaz həcmi əvvəlki illərlə müqayisədə daha da azalıb. Görülən tədbirlər planı çərçivəsində istismara yararsız olan avadanlqlar yeniləri ilə əvəz olunur, müxtəlif diamterli qaz xətləri təmir və bərpa edilir, yeni qaz kəmərləri inşa olunur, həmçinin istifadə müddəti başa çatan, xətaları normadan artıq olan sayğaclar yeni tipli ölçü cihazları ilə əvəzlənir”.
Qurum bildirir ki, qaz itkiləri əsasən yeraltı qaz sızmalarından yarandığına görə, itkilərin böyük hissəsinin korrupsiya ilə heç bir əlaqəsi ola bilməz:
“Bununla yanaşı, təbii qazdan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə daha da gücləndirilib. Rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq baxışlar keçirilir, monitorinqlər aparılır və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericilyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə də mütəmadi tədbirlər həyata keçirilir. Əgər hər hansı korrupsiya faktı aşkarlanarsa, dərhal qanuna müvafiq tədbirlər görülür”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin 2016-cı il ərzində 144,4 milyon kubmetr təbii qazı itkiyə verməsi ilə bağlı məsələni şərh edərkən bildirib ki, itki həddindən artıq böyükdür. Bu qədər itki ola bilməz. Deputat həmçinin qurumun özəlləşdirilmə vaxtının gəlib çatdığını da vurğulayıb.
Orxan Aslanlı

