Bakıda 10 min manata mənzil kirayə verilir
06.03.2020 09:13Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən paytaxt ərazisində 2017-ci ilin yanvar ayında mənzillərin kirayə haqlarında artmalar müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən ucuz mənzillər (200-500 AZN) – 3,9%, orta qiymətə olan mənzillər (500-1000AZN) – 1,4%, bahalı mənzillər (1000-3000 AZN) – 4,9% kirayə haqqı artıb, eksklüziv mənzillər (3000-10000) isə kirayə haqqı – 5,2% enib.
Ən çox paya ucuz və orta qiymətə kirayə olan mənzillər malikdir. Beləliklə, ucuz mənzillər – 43,7%, orta qiymətə olan mənzillər – 43,0% təşkil edib. Bahalı mənzillərin payı 13,3% qeydə alınıb. Ən az paya eksklüziv mənzillər sahib olublar – 0,1%.
Bakı şəhəri üzrə ən ucuz bir otaqlı əşyasız kirayə mənzil Köhnə Günəşli qəsəbəsində yerləşir və aylıq kirayə haqqı 180 AZN təşkil edir.
Paytaxtımızda ən bahalı kirayə mənzil Səbail rayonunda yerləşir və aylıq 10 000 AZN təşkil edir. Beləliklə, şəhərə və dənizə panoraması olan Flame of Towers yaxınlığında yerləşən 5 otaqlı eksklüziv təmirli və tam əşyalı mənzil bazara təklif olunub . Mənzilin sahəsi – 530kv.m.

