Bakıda dollar fırıldaqçısı yaxalandı
06.03.2020 09:13Bakı şəhər sakini Məmməd Məmmədova qarşı dələduzluq etməkdə şübhəli bilinən Aurelien Vanbonun yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş Aurelien Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20.000 ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40.000 ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.
A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

