Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda “Formula 1” üçün eyvanlar kirayə verilir – VİDEO

06.03.2020 09:13

23-25 iyun tarixləri arasında Bakıda keçiriləcək “Formula 1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb.

Об этом сообщает Роспрес

A24.Az-ın xezerxeber.az istinadən məlumatına görə, həmin evlərin sakinləri belə eyvanları icarəyə vermək üçün hazırlıqlara başlayıblar.

Onlar artıq müştəri axtarışına da çıxıblar. Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.

Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.

“Formula 1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirib ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.