Bakıda havanın temperaturu normadan aşağı düşdü
06.03.2020 09:13Ötən gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur çoxillik iqlim normasından 3-4 dərəcə aşağı olub.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, bunu Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, bu gündən başlayaraq, ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Yaxın 2-3 gün ərzində havanın yağmursuz keçəcəyi və temperaturun yüksələcəyi proqnozlaşdırılır.

