Bakıda iki il yaşayan Çelik Sovet Azərbaycanının tərifini yerə-göyə sığdırmadı – VİDEO
06.03.2020 09:13Türkiyənin “HaberTürk” kanalında yayımlanan “Airport” verilişində qonaq olan müğənni Çelik Azərbaycanla bağlı təəssüratlarını paylaşıb.
Об этом сообщает Роспрес
Saytımızın əldə etdiyi məlumata görə, müğənni Azərbaycanda yaşadığı 2 il ərzində nələrlə qarşılaşdığını, təəccübləndiyini və nələri bəyəndiyini paylaşıb. Bu 2 il ərzində Azərbaycanı tanıdığını deyən Çelik ilk olaraq dildəki fərqliliyi xüsusi vurğulayıb.
“Bizim istifadə etdiyimiz “yarın” sözü ilə onların dediyi “yarın” eyni məna vermir. Yarın görüşərik dediyimiz zaman, siz orada kimsə ilə görüş təyin edə bilməzsiniz”.
Azərbaycanda səhər yeməyində də fərqli süfrə adətinə rast gəldiyini deyən müğənni orda zeytunun olmadığından şikayətlənib.
“Səhər yeməyi yediyim zaman süfrədə qara zeytun yox idi. Mən isə ağ pendir, çörək, çay və zeytun olmadan səhər yeməyi yeyə bilmirəm”.
Azərbaycana ilk getdiyi zaman ölkəni yaxşı tanısın deyə müğənni onu muzeyə aparmalarını istəyib. “Ölkənin tarixini bilmək istəyirdim. Lakin musiqi və mədəniyyət mövzusunda isə Azərbaycan möhtəşəm bir ölkədir. Şair, şeir, ədəbiyyat mövzusunda isə çox mükəmməldirlər. Azərbaycanda “Leyli və Məcnun” operasını seyr etdim, yəni belə bir gözəllik görməmişəm. Sovet sosialist respublikasının tərkibində qaldıqları müddət ərzində Azərbaycanda musiqi mədəniyyəti formalaşıb, çox gözəl müsiqiçilər yaranıb”.
Saytımız türk müğənnisinin Azərbaycanla bağlı fikirlərini videoda təqdim edir:
Firuzə Alimova…

