Bakıda iki yük avtomobili yandı
06.03.2020 09:13Bakıda yanğın hadisəsi qeydə alınıb.
Об этом сообщает Руспрес
A24.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd “SUPERMAZ” markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

