Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda ingilis dili müəllimindən xəyanət: Erməniləri bağrına basdı, güllə atmamağa çağırdı – VİDEO

06.03.2020 09:13

A24.Az-ın redaksiyasına 220 saylı məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun şagirdlərinə erməni sevgisini təbliğ etməsi barədə məlumat daxil olub.

Об этом сообщает Руспрес

Bildirilib ki, sözügedən müəllim şagirdlərinə erməniləri sevməyi, onlarla birlik- bərbərlik şəklində yaşamağı təbliğ edir.

Məlumata əsasən həmin müəllimin faliyyətini araşdrımağa çalışdıq. Məlum oldu ki, Rövşən Əzizov bütün ictimai fikirlərində  müharibə deyil, sülh istədiyini bildirir. İngilis dili müəllimi bir çox fikirlərini erməni dilində yazır.

Şagirdlərinin əlinə silah verib, onlarla video hazırlayır və aralarından biri erməniləri təbliğ edir.

Həmin videoda Qarabağ neytral bölgə kimi göstərilir və ermənilər də (azəri şagirdlər), azərbaycanlılar da bu bölgədə sülh içində yaşamaq istədiklərini bildirirlər.

Müəllimin hazırladığı videolar bununla bitmir. Şagirdləri ilə türk əsgərlərinə verdiyi mesajda, məktəbli qızlar rəqs edərək, sözlərini çatdırmağa çalışırlar.

Qeyd edək ki, Rövşən Əzizov ATV telekanalında yayımlanan “Yeni Ulduz 7” yarışmasının iştirakçısı olub. O, yarışmada ilk üçlüyə qalıb.

Nərmin Kərim