Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bax, Laçını buna görə itirdik. Onu müdafiə edən olmadı – Ərşad Hüseynov

06.03.2020 09:14

Bildiyimiz kimi mayın 18-i Laçının ermənilər tərəfindən işğal edildiyi gündür, üstündən 25 il keçir. Laçından olan və nəqliyyat üzrə ekspert kimi tanıdığımız Ərşad Hüseynovun Laçınla bağlı təəssüratlarını almağa çalışdıq.

Об этом сообщает Роспрес

Saytımıza danışan hüquqşunas Ərşad Hüseynov bildirdi ki, Laçın haqqında danışmaq onun üçün çətindir. “Məsələn, mənim uşaqlığım, gəncliyim Laçında keçib, ona görə də danışılası çox şey var. Laçının işğal edildiyi vaxtda mənim 22 yaşım var idi. Gəncliyimizin ən qaynar vaxtı idi, həm də döyüşlərdə iştirak edirdim.

Keçmişə baxanda görürük ki, Laçının işğalı, onu itirməyimiz öz günahımız ucbatından baş verdi. Yəni özümüz deyəndə, söhbət laçınlılardan getmir ha. Ölkə, dövlət, cəmiyyət olaraq özümüzdən gedir. Çətin vəziyyətlərə hazır olmamağımız, pərakəndəliyimiz, birinin digərinin ardınca getmək istəməməsi, hər kəsin öz fərdi maraqlarını cəmiyyətin və dövlətin maraqlarından üstün tutması cəhdinin qurbanı oldular. Əgər o dövrü xatırlasaq, Laçını müdafiə edə biləcək sayda adamlar da var idi. Özü də həmin adamlar fərd olaraq sadə vətəndaş kimi səfərbər olunmuşdular və səfərbər olunmayanlar da ehtiyac olardısa səfərbərliyə hazır idilər. Ancaq bunu təşkil eləyən olmadı.

Daha sonra Ərşad Hüseynov yaddaşında qalan ən pis xatirəsini və olan bir fakı danışdı:

“Sizə elementar və yadımda qalan ən pis faktı deyim. O vaxtı mənim özüm də döyüşdə iştirak eləmişəm. Həmin dövrdə Daxili İşlər Nazirliyi Laçınla bağlı fövqəladə iclas keçirir. Televizorda canlı yayımlanıb, gözlərimin qabağında olub. Və canlı yayımda Laçınla bağlı vəziyyət müzakirə edilib. Daxili İşlər Nazirliyi də o vaxtı Azərbaycanda silahlı insanların ən çox olduğu ikinci qurum idi. Müdafiə Nazirliyində də var idi, amma Daxili İşlər Nazirliyinin tabeçiliyində on minlərlə döyüşçü var idi. Bu adam avtobazanın müdirləri ilə danışır. Canlı yayımdır, haa… dəqiq xatırlamıram may ayının ya 14-ü, ya da 15-i idi. Canlı yayımda deyir ki, məsələn Yevlaxın avtobazasından Laçına nə qədər maşın göndərmisən? Tutaq ki, o deyir 10 ədəd maşın, yaxud 20 … “Aa, yox, sən rayondakı bütün maşınları göndər Laçına, insanları çıxartsınlar” deyə əmr edir.  Yəni, görürsüz, elementar bir şey… Daxili İşlər Nazirliyi hara, insan köçürtmək hara? Sən canlı yayımda deməli idin ki, məsələn, ay Yevlaxın polis rəisi, sənin şəxsi heyətində neçə nəfər silah götürən adam qalıb? Kim qalıbsa onları da Laçına döyüşməyə göndər. Halbuki deyir ki, maşınların hamısını göndər insanları şəhərdən çıxartsın. Bax, Laçını buna görə itirdik. Laçını müdafiə edən olmadı”.

Firuzə Alimova…