Bu mobil server hamısından çox sevilirmiş – SİYAHI
06.03.2020 09:15Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Руспрес
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi mobil operatorlarla ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1104 xəbər yerləşdirilib. Bunlardan 1021-i neytral, 51-i müsbət,32-si isə isə mənfi xəbərdir.
Müsbət xəbərlər arasında “liderlər”: Nar Mobile (41 xəbər – mobil zəng xidmətləri testlərinə əsаsən, nаr şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi), AzerCELL (10 xəbər – Azercell və Vergilər nazirliyi arasında qarşılıqlı iddialarla bağlı məhkəmə qərarı elan olundu).
Mənfi xəbərlər arasında “liderlər”: AzerCELL (25 xəbər – Abunəçidən şikayət – Azərcell pulumu oğurlayıb), BakCELL (5 xəbər – Bakcell müştəriləri necə aldadır? müqavilə şərtlərini nə üçün pozur, balansdakı pulları necə silir?), Nar Mobile (2 xəbər -Nar müştərilərini necə aldadır? ? şok dələduzluq faktları).
Xəbər sayına görə sıralama:
| 1 | AzerCELL | 541 xəbər |
| 2 | BakCELL | 331 xəbər |
| 3 | Nar Mobile | 231 xəbər |
| 4 | NaxTel | 1 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 187 xəbər dərc edilib.
Bunlardan 184-ü neytral,3-ü isə müsbətdir.
Müsbət xəbərlər: Nar Mobile (3 xəbər- mobil zang xidmətləri testlərinə əsasən, nar şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi).
Xəbər sayına görə sıralama:
| 1 | AzerCELL | 87 xəbər |
| 2 | BakCELL | 68 xəbər |
| 3 | Nar Mobile | 30 xəbər |
| 4 | NaxTel | 2 xəbər |
Noyabr ayında televiziya kanallarında mobil operatorlar haqqında 15 xəbər göstərilib.
| 1 | AzerCELL | 13 xəbər |
| 2 | BakCELL | 2 xəbər |

