Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu ölkələrə noutbuk və planşetlərlə uçmaq qadağan edilir – Siyahı

06.03.2020 09:15

Türkiyə və bəzi Yaxın Şərq ölkələrindən ABŞ və Britaniyaya uçan təyyarələrin salonunda noutbuk və planşetlərə qadağa qüvvəyə minib.

Об этом сообщает Футляр от виолончели

A24.Az BBC-yə istinadən xəbər verir ki, rəsmilərə əsasən partlayıcı maddə saxlama riskinə görə “smartfondan böyük” olan cihazlar baqaja yerləşdirilməlidir.

Aviaşirkətlərdən çox az bir qismi təyyarəyə minənə qədər bu cihazların istifadəsinə icazə verir.

ABŞ-ın qadağası 8 ölkəyə şamil edilir: Türkiyə, Mərakeş, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt. Bu ölkələrin aviaşirkətləri ABŞ-a gündə təxminən 50 uçuş edir.

Britaniyanın qadağası isə 6 ölkəyə şamil edilir: Misir, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis və Livan. Bu qadağa smartfonlar da daxil, 16 sm x 9,3 sm x 1,5 sm-dən böyük bütün cihazlara aiddir. Lakin smartfonların əksəriyyəti bu limitdən kiçikdir.

Türkiyənin prezidenti Rəcəb Tayyip Erdoğan ABŞ və Britaniyanı bu qadağanı mümkün qədər qısa bir zamanda qaldırmağa çağırıb.