Buenos-Ayres hava limanda yanğın olub: hər kəs təxliyyə edilib
06.03.2020 09:15Argentinanın paytaxtında yerləşən “Xorxe Nyuberi” hava limanında yanğın baş verib.
Об этом сообщает Руспрес
Saytımızın “TASS”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sərnişinlər və personal təxliyyə edilib.
Hava limanının işi müvəqqəti dayandırılıb.
“Xorxe Nyuberi”yə enməli olan təyyarələr Buenos-Ayresin ətrafında yerləşən “Eseysa” hava limanına yönəldilir.
Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hazırda səbəblər araşdırılır.

