Çindən dünyanı təəccübləndirən həmlə – Dəniz əjdahaları gəlir
06.03.2020 09:16Çin donanması öz Arsenal gəmilərini istehsal etməyə hazırlaşır. Layihə uğurlu alınsa 2020-ci ildə Çinin öz sualtı əjdahaları olacaq.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Çin dəniz qüvvələri suyun altı ilə gedən döyüş gəmiləri istehsal edəcək. Avadanlıq üçün hazırda iki layihə gündəmdədir. Gəmilər həm suyun altında, həm də suyun üstündə müharibə apara bilən maşına çevrilə bilirlər. İkinci layihəyə əsasən isə gəmilər ənənəvi toqquşma zamanı yalnız suyun içində hərəkət edəcəklər.
Döyüş maşını suyun altında səssiz hərəkət edə biləcək və ehtiyac olanda suyun dərinliklərinə gedə və suyun üzərinə sürətlə çıxa biləcək. Suyun üzərində isə sürətlə hərəkət edə biləcək. Gəmilər göyərtəsində yüzlərlə raketi daşımaq qabiliyyətinə malik olacaq. Gəmilərin təxminən çəkisi isə 20 min tondur.
Çin 2011-ci ildən layihə üzərində araşdırmalara başlayıb. Layihənin 2020-ci ildə təqdim ediləcəyi bildirilir.

