Deputatdan əminin qardaşı qızı ilə nikaha girməsinə sərt reaksiya
06.03.2020 09:16Gəncədə ailəli olan 26 yaşlı əmi 2 uşaq anası, 23 yaşlı qardaşı qızını qaçıraraq onunla dini nikaha girib. Hadisə cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.
Об этом сообщает Руспрес
Soial şəbəkələrdə müzakirə edilən mövzuya dövlət xadimləri də münasibət bildiriblər.
Saytımız xəbər verir ki, deputat Qənirə Paşayeva sosial media hesabında hadisəni şiddətlə qınayıb və tənqid edib. Xanım deputat bildirib ki, cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır.
“Gəncədə bir “insan”ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz, yəqin yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu çox dəhşətli bir şeydir və onların hər ikisinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz. Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nigaha girməsi oldu”.
Qənirə Paşayeva qeyd edib ki, bu məsələ ciddi araşdırılmalıdır, buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. “Cəmiyyət olaraq birlikdə çalışmalıyıq. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir”.

